"Restoran günü" adlı maraqlı tədbir keçirilib

20 May 2013 18:20 (UTC+04:00)

Finlandiyada "Restoran Günü" olaraq adlandırılan fəaliyyət daxilində hər kəs istədiyi yeməyi bişirib, satışa təqdim edə bilər. Movqe.Az-ın məlumatına görə,  Finlandiya, vergi tətbiqlərinin sıxlıqla yaşandığı ölkələrdən biridir. "Restoran günü" isə cəza yazmadan, vergi nəzarəti olmadan və yemək nəzarətinin olmadığı bir gün olaraq qeyd olunur. Bu gün xüsusi olaraq hər seqmentdən və hər cür millətdən olan insan vergisiz və nəzarət olmadan ürəyi istədiyi qədər satış edə bilər. "Uudenmaan İslam və Mədəniyyət Dərnəyi" də Helsinki mərkəzində bu gün satış edənlər arasında idi. Dərnək faydasına edilən yemək satışında finlandiyalıların yardımı olduqca böyük olub. "Restoran günü" haqqında məlumat verən Xadicə Batu, "Havaların parçalı buludlu olmasına baxmayaraq, bu gunə maraq çox yaxşı idi. Bütün yeməkləri satmağın xoşbəxtliyini yaşayırıq.'' deyib. "Restoran günü"nün 3 ay sonra 18 avqustda təkrarlanacağı bildirilib.