Avropa Gənclər Yay Olimpiya Festivalında 18, "Jara" festivalında 7 nəfər tibbi yardım aldı

22 İyul 2019 10:00 (UTC+04:00)

İyulun 19 dan 22-ə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, çağırışlardan 4-ü "Atletlər" kəndinə, 4-ü qonaqların yerləşdiyi hotellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü "Kristal Holl"a, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə aid olub.

Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1-ü 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qalan şəxslərə yerində yardım göstərilib.

Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

"Jara" festivalında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına 7 müraciət olub. Müraciət edənlərə yerində yardım edilib.