Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib

22 İyul 2019 10:16 (UTC+04:00)

Bakı Ali Neft Məktəbi (BANM) mətbuat işçilərini təbrik edib.

Təbrikdə deyilir: "Dəyərli həmkarlar,

Sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk.

Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatının inkişafında təmsil etdiyiniz mətbu orqanın fəaliyyəti danılmazdır.

Yarandığı gündən etibarən, Bakı Ali Neft Məktəbinin fəaliyyətinə və uğurlarına biganə qalmadığınız üçün sizə sonsuz təşəkkür edirik!

Bundan sonra da səmərəli, qarşılıqlı əməkdaşlıq arzusu ilə hər birinizə şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər, tükənməyən yaradıcılıq potensialı, şəxsi və iş həyatınızda uğurlar arzulayırıq".