Təyyarənin qanadına minib biletsiz xaricə uçmaq istədi - VİDEO

22 İyul 2019 18:30 (UTC+04:00)

Nigeriyada bir nəfər yola çıxmağa hazırlaşan təyyarənin qanadına dırmaşaraq içəri daxil olmaq istəyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, kimliyi bəlli olmayan şübhəli şəxs saxlanılıb və onun barəsində istintaq aparılır.

Lentə alınan görüntülərdə təyyarənin içərisində çaxnaşma yaşandığı və sərnişinlərin pilotdan qapıları açmasını istədiyi görülüb. Saxlanılan şübhəli şəxs məqsədinin Qanaya getmək olduğunu bildirib.

Bu ayın əvvəlində Nayrobi-London səfər edən bir təyyarədən də eniş edərkən cəsəd yerə düşüb.