"Qadın kimi xoşbəxt deyiləm" - Flora Kərimova

23 İyul 2019 15:11 (UTC+04:00)

"Çox kinliyəm, bunu vaxtında göstərmişəm də. İnsan danışanda fikirləşməlidir. Heç kimi bağışlamıram".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "Bağ mövsümü" verilişində deyib. Sənətçi heç kimi asan bağışlamadığını söyləyib.

Kərimova "Xoşbəxtsiniz" sualına isə belə cavab verib:

"Analığımda xoşbəxtəm. Amma qadın kimi xoşbəxt deyiləm".