"Arsenal" - "Neftçi" matçında anşlaq gözlənilir

23 İyul 2019 16:29 (UTC+04:00)

Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam dolacağı gözlənilir. 

Movqe.az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda alıcı fəallığı müşahidə olunmaqdadır. Oyun zamanı anşlaqın olacağı vurğulanıb. 

Biletlərin qiyməti 200 - 700 rubl (təqribən 5 - 12,5 manat) araılığındadır. Hazırda satışda 1683 bilet qalıb. "Arsenal" mərkəzi stadionu 19241 tamaşaçı tutumuna malikdir. 

Qeyd edək ki, "Arsenal" və "Neftçi" iyulun 25-də üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.