İran nazirliyi Azərbaycan şirkətlərini əməkdaşlığa dəvət edir

21 May 2013 11:31 (UTC+04:00)

İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsində ixtisaslaşmış dövlət və özəl sektoru təmsil edən şirkətlərlə əməkdaşlığa açıqdır.

 

Mövqe.az-ın məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

 

İran nazirliyi Azərbaycanda ixtisaslaşmış toplantılar keçirməyə və operator seçimi tenderlərində iştirak etməyə hazır olduğunu bildirir. Bu sahəni təmsil edən şirkətlər əlavə məlumatı İranın Azərbaycandakı səfirliyindən əldə edə bilərlər.