Bakıda 9 otaqlı ev yandı

24 İyul 2019 11:22 (UTC+04:00)

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 9 otaqlı evin dam örtüyü 100 m² sahədə, 3 otağının yanar konstruksiyaları və əşyaları 50 m² sahədə yanıb.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.