Bu günün hava şəraiti

21 May 2013 11:45 (UTC+04:00)

Mövqe.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. 


Azərbaycanın rayonlarında mayın 21-də hava şəraitinin əksər rayonlarinda əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq. . 


Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.