Quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub

24 İyul 2019 14:01 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Ceyhun Rufullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən C.Rufullayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.O, Cinayət Məcəlləsinin 181.2.2 (quldurluq təkrar törədildikdə) maddəsi ilə təqsirli bilinib.

İttihama görə C.Rufullayev Nizami rayonu ərazisində V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasını açıq talama yolu ilə ələ keçirib.

Daha sonra isə Y.Abbasovaya zor tətbiq edərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasını alıb.