"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı Allahşükür Paşazadəyə təqdim olunub

24 İyul 2019 14:23 (UTC+04:00)

Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə ali mükafat təqdim olunub.

QMİ-dən Movqe.az-a verilən məlumata görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yubiley medalını Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib və xoş arzularını bildirib.