Mənzilə oğurluğa gələn şəxs su borusuna düşdü, yanğınsöndürənlər xilas etdi

25 İyul 2019 09:20 (UTC+04:00)
İranın paytaxtı Tehranın Şəhrəke-Qərb məntəqəsində oğru mənzilə su kondisionerinin borusu vasitəsi ilə daxil olmaq istəyərkən, orada ilişib qalıb. Bu barədə Trend İSNA-ya istinadən məlumat verib. Məlumata görə, Tehranın yanğınsöndürmə mərkəzinin əməkdaşları məlumat əsasında həmin şəxsi kondisioner borusundan çıxarıblar. Polis həmin şəxsi saxlayıb. Qeyd edək ki, İranda su kondisionerləri mənzillərin damında yerləşdirilir.