3 rayon qazsız qalacaq

25 İyul 2019 11:40 (UTC+04:00)
Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. Movqe.az "Azəriqaz" İstehsalat Birliyinə istinadən məlumat verir ki, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Beləliklə, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.