"Neftçi" bu gün "Arsenal"la qarşılaşacaq

25 İyul 2019 11:20 (UTC+04:00)
"Neftçi" Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün mübarizəyə başlayacaq. Movqe.az xəbər verir ki, Roberto Bordinin komandası səfərdə Rusiyanın "Arsenal" klubu ilə qarşılaşacaq. Qeyd edək ki, komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Oyun "CBC Sport" kanalından canlı yayımlanacaq.