İşəgötürənlər hansı peşələr üzrə kursların təşkilində Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edə bilərlər?

25 İyul 2019 12:52 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir.

İşəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən aşağıdakı peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər:

Sıra sayı Peşənin adı Peşə hazırlığı kursunun müddəti

1 bənna 2,5 ay

2 dərzi 3 ay

3 dülgər 2,5 ay

4 əl ilə qaynaqda elektrik qaynaqçısı 3 ay

5 əməliyyatçı mühasib 2,5 ay

6 ərzaq mallarının satıcısı 2 ay

7 frezerçi 3 ay

8 ikinci dairə üzrə elektrik quraşdırıcısı 2,5 ay

9 inşaat rəngsazı 2,5 ay

10 katib-makinaçı 2,5 ay

11 qaz qaynaqçısı 3 ay

12 sanitar-texniki düyün və detalların hazırlanması üzrə çilingər 3 ay

13 suvaqçı 2 ay

14 tornaçı 3 ay

15 üzləyici-tava döşəyən 2,5 ay

16 Arıçı 3 ay

17 Aşpaz (Azərbaycan kulinariyası) 3 ay

18 aşpaz 3 ay

19 AutoCad (Arxitektura dizaynının əsasları) 3 ay

20 Baş aşpaz 3 ay

21 Bənna 3 ay

22 Çilingər-yığıcı (metal emalı) 3 ay

23 Dağ turist marşrutları üzrə bələdçi 3 ay

24 Daş düzən (yollara) 3 ay

25 Dəmiryol montyoru 3 ay

26 Ekskursiya bələdçisi 3 ay

27 Kişi bərbəri 3 ay

28 Laminat döşəyən 3 ay

29 Manikürçü 3 ay

30 Ofisiant (banket və ziyafətlər üçün) 3 ay

31 Ofisiant 3 ay

32 Otel xadiməsi (təmizlik işləri) 3 ay

33 Parket döşəyən 3 ay

34 Qənnadçı 3 ay

35 Quşçu 3 ay

36 Quru inşaat işləri ustası 3 ay