Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma tarixi açıqlanıb

26 İyul 2019 11:02 (UTC+04:00)

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. 

Movqe.az xəbər verir ki, tədbir avqustun 5-də AFFA-nın inzibati binasında keçiriləcək. Saat 15:00-da başlanacaq tədbir 8 klubun nümayəndələrinin iştirakı ilə gerçəkləşəcək. 

Qeyd edək ki, Premyer Liqada yeni mövsüm 16 avqustda başlayacaq.