Bakı çimərliyində boğulan baba və nəvə ölümdən belə xilas olundu - VİDEO

26 İyul 2019 12:00 (UTC+04:00)

Ötən gün Nardaran çimərliyində batma təhlükəsilə üzləşən iki nəfər xilas edilib.

Movqe.az Baku.ws istinadən xəbər verir ki, dənizdə çimən baba və nəvəsi batmaq təhlükəsi ilə üzləşib.

Bu zaman əraziyə xilasedicilər cəlb olunub. Xilasedicilərin məharəti nəticəsində baba və nəvə xilas edilib.

Xilasedicilər Qeybəli Kərimov, Camal Əsgərov və Taleh Səgərzadə olublar. Xilasedicilər ümumilikdə 6 nəfərin həyatını xilas ediblər.