"Bakı Taksi Xidməti"-nin direktoru işdən çıxdı

26 İyul 2019 15:05 (UTC+04:00)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Taksi Xidməti" MMC-nin direktoru Ələsgər Şirinov işdən çıxıb. 

Movqe.az nazirliyə istinadən xəbər verir ki, onu müvəqqəti olaraq şirkətin direktor müavini Fuad Əliyev əvəz edir. 

Xatırladaq ki, "Bakı Taksi Xidməti" "London Taxi TX4" markalı minik avtomobilləri ilə paytaxtda xidmət göstərir.