"Oğlumu apardım ki, diqqət çəkim" - Brilliant Dadaşova

27 İyul 2019 20:00 (UTC+04:00)

Xalq artisti Brilliant dadaşova "Jara" beynəlxalq musiqi festivalının qırmızı xalçasına oğlu Cahadla birlikdə çıxmasına münasibət bildirib.

Axşam.az xəbər verir ki, müğənni övladı ilə görüntüsünü İnstaqramında yerləşdirib.

Dadaşova paylaşımına "Cahadı aparmışdım ki, diqqət çəksin. Onun hesabına mənə də baxsınlar" qısa şərhini yazıb.