Avtomobil sürət həddini aşdı - 3 nəfər öldü

27 İyul 2019 19:30 (UTC+04:00)

İranın qərbində yerləşən Ərdəbil vilayətinin Xalxal rayonunun Cəlalabad-Masulə yolunda "Pride" markalı avtomobil aşıb.

Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin Xalxal rayonunun hüquq-mühafizə orqanının polis rəisi polkovnik Hadi Musəvi deyib.

H.Musəvinin sözlərinə görə, avtomoilin aşması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Polis rəisi əlavə edib ki, hadisəyə səbəb sürət həddini aşma olub.