Manchester United Dembeleni transfer etmək istəyir

28 İyul 2019 14:36 (UTC+04:00)

Lyon-un futbolçusu Mussa Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

Goal.az xəbər verir ki, Manchester United, Lyon-un hücumçusu Mussa Dembeleni transfer etmək istəyir. Mançester təmsilçisi, İnter-in hədəfində olan Romelu Lukakunun klubdan ayrılacağı halda, onun boşluğunu 23 yaşlı futbolçu ilə doldurmaq niyyətindədir.

“Qırmızı şeytanlar” Lukakunun əvəzləyicisi kimi Arsenal-dan Pyer-Emerik Obameyanqı transfer etmək istəsə də, “topçular” futbolçunu satmadıqlarını bildirmişdilər.

Son mövsümdə Lyon-un heyətində 44 oyun keçirən Dembele, 19 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.