Yevlaxda motorlu velosiped aşıb, sürücüsü xəsarət alıb

28 İyul 2019 15:54 (UTC+04:00)

Yevlaxda motorlu velosiped aşıb, sürücüsü xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xaladan dairəsinin yaxınlığında qeydə alınıb.

Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Niyaməddin Məmmədov motorlu velosipedlə hərəkətdə olan zaman nəqliyyat vasitəsini aşırıb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.