Türkiyədə avtomobil dərəyə aşdı - Ölənlər və yaralananlar var

28 İyul 2019 18:36 (UTC+04:00)

Türkiyədə avtomobil dərəyə aşıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 2 nəfər ölüb. Daha 2 nəfərin xəsarət aldığı bildirilir. Ölənlərdən birinin 3 yaşlı uşaq olduğu qeyd edilir.

Qəzanın hansı səbəbdən baş vermsi hələ məlum deyil.