Azərbaycanda inanılmaz hadisə - gələn qonaqları ilan qarşıladı

28 İyul 2019 19:16 (UTC+04:00)

İsmayıllı rayonunda maraqlı hadisə baş verib.

Unikal.org xəbər verir ki, rayonun İstisu kəndində turizm bölgəsindəki mənzillərdən birini kirayə götürən turistlər evə gələrkən qapıda ilan görüblər. Belə ki, ilan qapının kənarına vurulmuş dekorativ divar daşına qalxaraq orada yatıb. İlanı maşa ilə şüşə balona yerləşdirən kirayəşin daha sonra onu təbiətə buraxıb.

Qeyd edək ki, Böyük Qafqaz dağlarının cənub ətəklərində, eləcə də İsmayıllı rayonu ərazisində bir neçə zəhərli ilan növləri yaşayır.