Bu əlamətlərə diqqət edin - Ürək problemindən xəbər verir

28 İyul 2019 21:33 (UTC+04:00)

Döş qəfəsində ağrı və sancı, fiziki gərginlikdən nəfəs çatışmazlığı, ürək döyüntüsünün sürətlənməsi, qəfil zəiflik-bütün bunlar ürək probleminin simptomlarıdır.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə alimlər ürək probleminə dəlalət edən yeni simptomlar barədə danışıblar. Saç tökülməsi, ayaqlarda ağrı və şiş də ürək-damar sistemi xəstəliklərinin carçısı ola bilər.

Əgər zaman keçdikcə bu simptomlar keçmirsə, mütləq kardioloqa müraciət edin. Statistika yalan demir: keçəl kişilərin əksər halda ürək problemləri olur.

Bundan əlavə, damaq iltihabı, bədəndə sarımtıl səpkilər üzə çıxırsa, həkimə müraciət edin. Çünki sarımtıl səpki orqanizmdə lipid mübadiləsinin pozulmasını, damaq iltihabı isə qan dövranında problemlərin olduğunu bildirir.