Azərbaycanda 6 nəfər dənizdə batdı: axtarış aparılır

28 İyul 2019 22:20 (UTC+04:00)

Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazilərdə 4 nəfər, Xəzər rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər və Abşeron rayonunda qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfər batıb.
Movqe.az xəbər verir ki, bu barədə məlumatlar Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları batan şəxslərin axtarışlarına cəlb olunub.