Beren Saat döyüş dərsində - VİDEO

21 May 2013 16:23 (UTC+04:00)

Beren Saat, keçən illər adına açılan çox sayda saxta hesabla əlaqədar narahatlıq yaşayaraq özünə "facebook" və "twitter" hesabları açıb, ancaq xüsusilə "twitter" hesabından heç istifadə etməyib. Movqe.Az türk mediasına istinadən bildirir ki, məşhur aktrisa dünən ilk "tweet"ini atıb və rol aldığı "İntiqam" serialı üçün aldığı döyüş dərsləriylə bağlı bir video paylaşıb. Beren Saatın "1-ci döyüş xoreoqrafiya dərsləri" notuyla paylaşdığı videoda partnyorları ilə qarşılıqlı döyüşərkən bu səhnələrə nə qədər möhkəm hazırlanmış olduğunu da göstərmiş olub. Saat, iyun ayında orijinal versiya ilə eyni anda final edəcək olan serialı "İntiqam" üçün keçən noyabr ayından bəri döyüş dərsləri alır.