"Sony"in PS4 təqdimat filmində yeni konsol göstərilmədi

21 May 2013 16:16 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Sony, Playstation 4 oyun konsolu ilə əlaqədar sirrli davranışını davam etdirir. Şirkətin nəşr etdiyi son təqdimat filmində konsol ilk dəfə göstərilib. Lakin görüntü tam olmayıb. Bununla yanaşı filmin sonunda konsolun Los Ancelesdə 10 iyunda tanıdılacağı deyilib. Maraqla gözlənilən konsolun nəyə bənzədiyinin bu tarixdən etibarən başa düşülməsi gözlənilir. Həmçinin Sony-nin təqdimat tarixində konsolun qiymətini və bazara çıxış tarixini də açıqlayacağı düşünülür. Microsoft isə yeni generasiya oyun konsolu "Xbox"ı sabah Bakı vaxtilə 22.00-da tanıdacaq.