Keyt də küləyin şıltaqlığına məruz qaldı

21 May 2013 16:14 (UTC+04:00)

Movqe.az xəbər verir ki, yeddi aylıq hamilə olan Kembric Düşesi Keyt Middletonun qabarıq qarını artıq gözlərdən yayınmır. Ötən günlərdə kameralara poza verən Middletonun küləkli havada uçuşan ətəyi bütün diqqətləri qarınından qıçlarına çəkib. Qatıldığı bir toy mərasimində küləyin şıltaqlığına məruz qalan Middleton, ətəyinin uçduğunu bildikdə isə çox utanıb. Middleton keçən ay Şahzadə Uilliam və Şahzadə Hari ilə qatıldığı "Warner Bros Studio" turunda yenə bu paltarı geymiş, gecə müddətində uçmasın deyə ətəklərini tutmaq məcburiyyətində qalmışdı. İngiltərənin küləkli havasına dayanıqlı olmayan bu paltara Middleton üçüncü bir şans verməyəcək kimi görünür. Onun görüntüləri Merlin Manronun 1955-ci il tarixli məşhur Yaz Subayı  filmindəki səhnəsini ağıllara gətirib.