Hərbi təyyarə yaşayış evlərinin üzərinə düşdü - VİDEO

30 İyul 2019 10:33 (UTC+04:00)

Pakistanda hərbi təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ravalpindi şəhərində baş verib. Qəza nəticəsində 5-i ekipaj üzvü olan 17 nəfər dünyasını dəyişib. Hadisə yerindən lentə alınmış görüntülərdə söküntü halda olan bir evin yandığı görülüb. 

Qəzada ümumilikdə 17 nəfər dünyasını dəyişib və 12 nəfər yaralanıb.  Şahidlərin bildirdiyinə görə, təyyarə qəzadan öncə də yanmağa başlayıb. 

Qeyd edək ki, 9 il öncə ölkənin paytaxtı İslamabad şəhərində baş verən təyyarə qəzasında 152 nəfər dünyasını dəyişmişdi. Bu qəza Pakistan tarixinə ən faciəli təyyarə qəzası olaraq keçib.