Mağazanın paltardəyişmə otağında BİABIRÇILIQ - Qadının soyunduğunu görüb... (FOTO)

30 İyul 2019 12:35 (UTC+04:00)

Bursada ticarət mərkəzində yerləşən mağazalardan birinin soyunma otağında paltarını dəyişən qızın fotosunu çəkən manyak özünü müdafiə edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursada bir mağazada yaşanıb.

M.V. bəyəndiyi paltarı geyinmək üçün paltardəyişmə otağına girib. Paltarını soyunduğu anda fotosunun çəkildiyini görərək qışqırıb. Qızın fotosunu çəkmək istəyən Yaqub Ç. Qaçmağa başlayıb. Gənc qız isə paltarını geyinərək onun arxasına düşüb. Şübhəli şəxs mühafizəçilər tərəfindən yaxalanıb. Mobil telefonu əlindən alınan manyakı polisə təslim ediblər.

Yaqub Ç.  ifadəsində dostuyla zarafat etmək istədiyini, lakin paltardəyişmə otaqlarını qarışdırdığını bildirib. Qızın orda olduğunu bilmədiyini deyib.

Şübhəli həbsxanaya göndərilib.