Bakıda iki gün əvvəl dənizdə batdılar - bu gün meyitləri tapıldı

30 İyul 2019 14:03 (UTC+04:00)

28.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batan şəxslərin meyti tapılıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Əzizov Murad Teymur oğlunun və 1991-ci il təvəllüdlü Hacıquliyev Kamran Ağəli oğlunun axtarışları başa çatıb.
M.Əzizovun və K.Hacıquliyevin meyitləri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.