Ufuk Aydın: “Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bölgədə sülhə, əmin-amanlığın güclənməsinə, iqtisadi rifaha xidmət edir”

30 İyul 2019 16:11 (UTC+04:00)

Vizanın aradan götürülməsi iki qardaş ölkə arasında əlaqələrin inkişafını sürətləndirəcək. Bu sözləri “SinerjiPro”nun rəhbəri,iqtisadi analitik Ufuk Aydın bildirib. “Bu addım əlaqələrin inkişafına böyük stimul olacaq. Türkiyə-Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək addımları gücləndirmək lazımdır. Bu gün hər iki ölkənin liderləri əlaqələrin inkişafını yüksək səviyyədə həyata keçirirlər. Çünki Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı bölgədə sülhə, əmin-amanlığın güclənməsinə, iqtisadi rifaha xidmət edir. Bununçün iki qardaş ölkə gərəkən bütün addımları atırlar. Həyata keçirilən iri iqtisadi layihələr buna misaldır. Qardaş Azərbaycanın vizanın aradan qaldırılması ilə bağlı addımı iki qardaş ölkənin ictimaiyyətində məmnunluqla qarşılanmışdır. Hamımız sosial şəbəkələrdə də müsbət müzakirələrin şahidi olduq”