Sumqayıtda nənə və 5 yaşlı nəvəsini avtomobil vurub

30 İyul 2019 16:22 (UTC+04:00)

Sumqayıt şəhərində nənə və 5 yaşlı nəvəsini avtomobil vurub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 26-cı məhəllə ərazisində baş verib. 

Belə ki, şəhər sakini 1959- ci Gilə Əhəd qızı Hüseynova nəvəsi, 2014-cü il təvəllüdlü Məryəm Cavid qızı Muradovanı hazırlıqdan gətirən zaman hər iki şəxsi avtomobil vurub. 

Hər iki yaralı dərhal xəstəxanaya çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.