Malkom "Barselona"dan ayrılır

31 İyul 2019 12:16 (UTC+04:00)

Malkom "Barselona"dan ayrılmaq ərəfəsindədir.

Trend-in məlumatına görə, Kataloniya klubu 22 yaşlı hücumçu üçün iki təklif alıb. "Zenit" və "Everton"un braziliyalı oyunçu üçün 40 milyon avro təzminat ödəməyə hazır olduğu qeyd edilib.

"Barsa"nın ötən mövsüm "Bordo"dan transfer etdiyi Malkomu satacağı bildirilib. Klubun matçlarda çox iştirak etməyən oyunçu üçün göndərilən təklifin hər ikisini qəbul etdiyi deyilib. Hansı kluba gedəcəyi ilə bağlı qərarı Malkomun özü verəcək.

Qeyd edək ki, ötən mövsüm 41 milyon avroya La Liqa klubuna transfer olunan Malkom 24 matçda 4 qol vurub, 2 qolun ötürməsini edib.