Penitensiar Xidmət: Azad Həsənov aclıq aksiyasını dayandırıb

31 İyul 2019 13:32 (UTC+04:00)

Penitensiar xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azad Həsənov aclıq aksiyasını dayandırıb.

Bunu "Report" Penitensiar xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov deyib.

"Azad Həsənov vəkilinin yanında saxlandığı müəssisəsinin rəhbərinin adına ərizə yazaraq aclığı dayandırdığını bildirib", deyə M.Sadıqov qeyd edib.