Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, 17 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Arif Mirzəyev tutduğu vəzifədən azad edilib. Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə həmin vəzifənin icrası 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsinin rəis müavini vəzifəsində işləmiş Elçin Əlicanova həvalə olunub.