Çində nəhəng qızıl mədəni tapıldı

21 May 2013 18:34 (UTC+04:00)

Çinin Sincan Uyğur Muxtar Bölgəsində, 53 tonluq qızıl ehtiyatı tapılıb. Movqe.Az-ın məlumatına görə, Şinhua agentliyinin bölgənin Geologiya və Mineral Resursları İdarəsinə söykəyərək verdiyi xəbərdə, rayonun vadisindəki Şinyüen qəsəbəsində olan ehtiyatı dəyərinin 20 milyard yuən (təxminən 3,2 milyard ABŞ dolları) olduğu qeyd edilib. 3 kilometr uzunluğunda və 60 ilə 300 metr dərinliyində olduğu ifadə edilən mədəndə 31 min 200 ton mis olduğu ifadə bildirilib. Sincanda yenə eyni vadidə son olaraq 1998-ci ildə 50 tonluq bir qızıl ehtiyatı tapılıb. Çinin təbii qaz, neft baxımından ölkənin ən zəngin qaynaqlarına sahib olan Sincan Uyğur Muxtar Bölgəsi, ölkənin Orta Asiya enerji koridorundakı ən əhəmiyyətli boru xəttlərinə ev sahibliyi edir.