500-dən çox narkoman məhbus azadlığa çıxa bilər

21 May 2013 17:45 (UTC+04:00)

"Amnistiya aktı cəzaçəkmə müəssisələrindəki bütün narkomanlara şamil oluna bilməz. Bunun üçün həmin məhkumların müalicə kursunu tam keçdiyini təsdiqləyən həkim rəyi olmalıdır". Bu sözləri Movqe.az-a açıqlamasında Penitensiar Xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov söyləyib. R. Ramazanov bildirib ki, məcburi  müalicə kursu keçən narkomanlara amnistiya aktının şamil olunması üçün ,onların məcburi müalicə kursunu tam başa vurduğu ilə bağlı qərar qərar qəbul olunmalıdır: "Narkomanların üzərindən məcburi müalicə götürüləndən sonra həmin məhkumlara amnistiya şamil oluna bilər. Pentensiar Xidmət bütün narkomanlara amnistiya aktını şamil edə bilməz. Narkoman məhbus  məcburi müalicə keçdikdən sonra rayon məhkəməsi tərəfindən amnistiya aktının həmin məhbusa şamil olunması ilə bağlı qərar qəbul olunur".

R. Ramazanov bildirdi ki, amnistiya aktının narkotik maddə aludəçisi olan 500-dən çox narkomana şamil oluna bilər.