Şifrələriniz o qədər də gizli deyil

21 May 2013 19:08 (UTC+04:00)

Yaşları 5 ilə 18 arasında olan 2000 uşağa verilən suallara təəccüblü cavablar alınıb. Movqe.az-ın məlumatına görə, İngiltərədə edilən bir araşdırmaya görə uşaqların 80%-i ailələrinin telefon və kompüter şifrələrini bilir. Onların 12 faizi şifrələri qırmaq üçün müxtəlif versiyalardan istifadə edirlər. Orta hesabla bir uşaq həftədə 6 saat yarım vaxtını nternet qarşısında keçirir. İnternetdən istifadə edən 30 faiz uşaq isə vəziyyəti ev tapşırığı edirəm deyə açıqlayır. Bu vəziyyət xüsusilə uşaqların tək olan zaman internetdən necə istifadə etdikləri mövzusundakı narahatlıqları artırıb. Mütəxəssislər internetin istifadəsiylə əlaqədar ya yoxlama edilməsini yada nizamlı bir şəkildə internet şifrəsinin dəyişdirilməsini təklif edirlər.