BDU-nun müəllimi rüşvət üstündə yaxalandı
6 May 2012 11:30 (UTC+04:00)
Bakı Dövlət Universitetinin hüquq
fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor
Məhəmməd İmanlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsi tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə hüquq-mühafizə orqanlarından
bildirilib. Hələlik M. İmanlı ilə bağlı konkret ittiham səbəbi
açıqlanmayıb. Məlumata görə, hazırda Korrupsiyaya Qarşı
Mübarizə İdarəsində M. İmanlının ifadəsi alınır.
Bakı Dövlət Universitetindən məsələyə şərh
vermək istəməyiblər.