Yeni "iPad" sentyabrda bazara çıxarılacaq

21 May 2013 19:30 (UTC+04:00)

"Apple"ın bir əvvəlki modelindən çox daha incə və çox daha yüngül olaraq çıxaracağı iddia edilən yeni nəsil "iPad", sentyabrda satışa təqdim edilə bilər. Texnologiya dünyasındakı yeni söz-söhbətlər, beşinci nəsil "iPad" ın 2013-cü ilin sonuna doğru istehlakçılarla görüşəcəyi istiqamətində gedir. Movqe.Az "Mashable"-in verdiyi məlumata istinadən bildiri ki, elektron dünyasının tədarük zəncirində iştirak edən qaynaqlar, "iPad 5" üçün iyul ayında ardıcıl istehsala keçiləcəyini və sentyabr ayında da bazara çıxarılacağını bildiriblər.