İngiltərə Ərəbistana 874 milyon dollarlıq silah satıb

22 May 2013 15:41 (UTC+04:00)

Böyük Britaniyanın 2012-ci ildə dörd Körfəz ölkəsinə 874.5 milyon dollarlıq (575.7 milyon funt) silah satdığı bildirilib. Ən böyük ticarət Səudiyyə Ərəbistanı ilə edilib. Krallığa, 112 milyon funt dəyərində təyyarə, vertolyot, zirehli vasitə, tank və əl bombalarının daxil olduğu 209 parça satılıb. Silah ticarətində qarşı Kampaniya adlı quruluş tərəfindən rəsmi məlumatlara əsaslanaraq yayımlanan hesabatda silahların xüsusilə insan hüquqları, beynəlxalq demokratiya və mətbuat azadlığı indekslərində aşağı sıralarda yerləşən ölkələrə satılması qınanıb. İngiltərə son dörd ildə Səudiyyə Ərəbistana 4 milyard paundluk silah satışı reallaşdırıb. İngiltərənin Ummana silah satışı ötən il 433 milyon paund olub. Birləşmiş Ərəb Əmirliklərinə 26.2 milyon funt və Bəhreynə isə 4.6 milyon paundluk silah satılıb. Movqe.Az "The Guardian"a istinadən xəbər verir ki, ingilis hökuməti satış lisenziya qaydalarının şəffaf olduğunu iddia etsə də, kampaniya dəstəkçiləri avtoritar rejimlərə ciddi miqdarda silah satışı edildiyini vurğulayıb. Qəzetə danışan kampaniya spikeri, İngiltərənin Körfəz ölkələrinə silah satmağa davam etdiyini və bu sentyabrda Səudiyyə Ərəbistanda təşkil edilən bir silah sərgisinə də qatılacağını xatırladıb. İngiltərə hökumətinə görə silah sənayesi ölkədə 600 min nəfərə iş imkanı təmin edir.