"Apple" Senata cavab verdi

22 May 2013 16:08 (UTC+04:00)

Dünyanın ən qiymətli şirkəti "Apple"ın idarəçisi Tim Kuk, şirkətin İrlandiyadakı iştikakçı firmalar yolu ilə vergi qaçırdığı iddiaları səbəbiylə ABŞ Senatında ifadə verib. Movqe.Az-ın məlumatına görə, iddiaları qəbul etməyən Kuk, "Borclu olduğumuz verginin hər bir dollarına qədər ödəyirik." deyib. Kuk, Senat qarşısında ifadə verən ilk "Apple" idarəçisi olub. O, şirkətin ABŞ içində etdiyi sərmayələri və iş həyatına töhfələrini izah edib. "Apple"ın ölkədə ən yüksək vergi ödəyən şirkət olduğunu xatırladan Kuk, "Keçən il federal vergi nisbəti 30,5 faiz idi. Biz Vergilər nazirliyinə nəğd 6 milyard dollar ödədik. Bu gündəlik 16 milyon dollardan çoxdur. Bu il daha çoxunu ödəyəcəyimizi güman edirik." deyib. "Apple"ın güclü dəyərlərə sahib bir şirkət olduğunu və harada olursa olsun bir Amerikan şirkəti olaraq qalacağını ifadə edən Kuk, "Yüksən uğura çalışdığımız yerdəki cəmiyyətə qarşı məsuliyyətimizin artdığına inanırıq." şəklində cavab verib.