Qarabasma görmək istədi, əvəzində oğlu və sevgilisini gördü

22 May 2013 16:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Avstraliyanın Tasmaniya adasında yaşayan bir şəxs var olduğuna inandığı qarabasmaları görmək üçün evinin müxtəlif nöqtələrinə kameralar yerləşdirib. Lakin kameraya əks olunan görüntülər fövqəltəbii bir hadisəni deyil, onun həyatını qaraldan həqiqətləri gün üzünə çıxardıb. 28 yaşındakı sevgilisi və 16 yaşındakı oğulunun cinsi əlaqəyə girdiyini kamera qeydlərindən öyrənən kişi hadisəni polislərə xəbər verib. 11 ildir birlikdə yaşadığı sevgilisinin oğluyla əlaqəyə girən qadın, ifadəsində oğlanın yaşının çox olduğunu sandığını və hadisədən ötəri çox utandığını söyləyib. Oğlan isə atasının sevgilisiylə 3 dəfə birlikdə olduqlarını etiraf edib, lakin sonradan onların bir çox dəfə oteldə görüşdükləri ortaya çıxıb. Qadın çıxarıldığı məhkəmə tərəfindən 17 yaşından kiçik biriylə cinsi əlaqəyə girməkdən təqsirkar bilinib, cəzası isə növbəti həftə müəyyən olacaq.