Movqe.az xəbər verir ki, Yaponiyanın qərbində yerləşən Tsuruqa nüvə stansiyasındakı iki reaktordan birinin altından aktiv zədəli xət keçdiyi təyin olunub. Nüvə Nəzarət Təşkilatı böyük bir zəlzələ meydana gəlməsi vəziyyətində Tsuraga stansiyasının 2 nömrəli reaktorunun yüksək risk yaradacağıyla bağlı hesabatı təsdiqləyib. Assambleya, reaktorun yenidən açılmasının qeyri-mümkün olduğuna qərar verib. Tsuruga nüvə stansiyasını işlədən "Japan Atomic Power" Şirkəti isə qərara etiraz edib və reaktorda öz araşdırmasını edəcəyini bildirib. Yaponiyanın şimal-şərqində 11 mart 2011-ci ildə meydana gələn 9 bal böyüklüyündəki zəlzələ və sonra yaranan nəhəng sunami, Fukuşima stansiyasında radioaktiv sızıntıya gətirib çıxararaq Çernobildən 25 il sonra dünyanın ən böyük ikinci nüvə fəlakətinə səbəb olmuşdu. Üç reaktorun əriməsinin radiasiya sızıntısına gətirib çıxarması ilə bölgədə yaşayan 160 min nəfər evakuasiya edilmişdi. Fəlakətin ardınca ölkədəki 50 reaktor müvəqqəti olaraq bağlanıb, yalnız 2-si yenidən açılmışdı.