Bakıda iki nəfər torpaq altında qalıb

6 May 2012 14:57 (UTC+04:00)

Movqe.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsində qazıntı işləri apararkən üzərinə torpaq tökülmüş 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişləri torpaq altından çıxardaraq aidiyyəti üzrə təhvil verililib.

Tural QABİLOĞLU