S4 ən yaxşı telefon olub?

22 May 2013 18:05 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Android dəstəkli ən müasir cihazlardan biri olaraq qəbul edilən Samsung Galaxy S4, ağıllı telefonların ən yaxşısı olub. "Consumer Reports"un xəbərinə görə bir çox testdən (kamera da daxil olmaqla) müvəffəqiyyətlə keçən Galaxy S4, LG Optimus G-ni "taxtından endirib". Bu cütlüyü sırayla HTC One, Samsung Galaxy S3 və iPhone 5 izləyir. Sıralamanın əhatəli testlər, istifadə asanlıqları, səs və görünüş keyfiyyəti, batareya ömrü kimi meyarlara əsaslanaraq edildiyi testdə Samsung Galaxy S4-ün ən aşağı qiyməti görünüş keyfiyyətinə görə aldığı deyilib. Digər bütün smartfonlarda olduğu kimi S4-də də səs keyfiyyətinin çox da parlaq olmadığı və bunun digər xüsusiyyətlər adına edilən bir fədakarlıq olduğu, bütün istehsalçılar tərəfindən seçim edildiyi hesabatda yer alıb. Samsungun olduqca bəyənilən modeli Galaxy S3 ilə 2013-ci ilin ilk rübündə tutduğu bazar liderliyini Galaxy S4 ilə davam etdirməsi gözlənilir.