Məhkumlara verilən cəza növləri açıqlandı

22 May 2013 18:30 (UTC+04:00)

"7 saylı Cəzaçəkmə müəssisində məhkumlara ağır cəzaların verilməsi ilə bağlı səslənən fikirlər yalnışdır".Bu sözləri Movqe.az-a açıqlamasında müəssisənin rəhbəri polkovnik leytnant Rauf Məmmədov söyləyib. R. Məmmədov bildirib ki, burada cəza çəkən məhkumlar daxili intizam qaydalarını pozarkən 15 gün müddətində cərimə otaqlarında saxlanılır. İntizam qaydalarını kobud şəkildə pozan məhkumlar isə  6 ay müddətində kamera tipli otaqlarda saxlanılırlar: "Onlara həmçinin cəza olaraq görüşlə bağlı məhdudiyyətlər qoyulur. Amma məhkumların cəzaçəkmə müəssisəsində döyülməsi, ağır cəzaların tətbiq olunması kimi məlumatlar yalnışdır".