Təhsil naziri daha bir şöbə müdirini işdən çıxartdı

22 May 2013 18:46 (UTC+04:00)

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov daha bir şöbə müdirini işdən çıxardıb. Movqe.az Lent.az-a istinadən xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə nazirliyin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev vəzifəsindən azad olunub. Qeyd edək ki, ötən gün nazirliyin İqtisadiyyat şöbəsinin müdiri Şahrıza Əliyev də vəzifəsindən azad olunub.